Yan 04 , 2018 | 11:04 / Mühüm hadisələr
AMEA Radiasiya Problemləri İnstitutu 2017/2018- ci tədris ili üçün 2225.01-Radiasiya materialşünaslığı, 2305.01-Nüvə kmyası, 2226.01-Radioekologiya, 2418.01-Radiobiologiya ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya (2017-ci ilin dekabr ayının 27-dən 2018-ci il yanvar ayının 26-dək – hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək) sənəd qəbulu elan edir.
Fəlsəfə doktoruhazırlığı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (doktoranturanın fəaliy¬yət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı¬na);
kadrların şəxsi-qeydiyyat vərəqi;
tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoruhazırlığı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
kadrların şəxsi-qeydiyyat vərəqi;
tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
çap olunmuş elmi işlərin siyahısı;
- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Ünvan: AMEA Radiasiya Problemləri İnstitutu Təhsil şöbəsi, B.Vahabzadə 9.
Telefon: 538 32 24 (108)