Fotos
AMEA Rəyasət Heyətində elmi bölmələrin hesabat məruzələrinin dinlənilməsinə başlanılıb
Yan 10 , 2018 | 06:43 / Mühüm hadisələr
Oxunma ( 1943 )

Yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin giriş nitqindən sonra ilk olaraq Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin akademik-katibi, akademik Nazim Məmmədov məruzə ilə çıxış edib. Akademik hesabat ilində fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri"nə uyğun həyata keçirildiyini bildirib.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb və hesabat təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə mühüm nəticələr Akademiyanın illik hesabatına daxil edilib. Elmi-tədqiqat, təhsil və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında olub.
Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Zoologiya İnstitutunun doktorantı Nərmin Beydizadə Rumıniyanın Babeş-Bolyai Universitetinə ezam edilib, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov Beynəlxalq Türk Akademiyasının təsis etdiyi "Atalar mirası" Ensiklopedik Multimedia Fondunun koordinatoru vəzifəsinə təyin edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.