AMEA Aşqarlar Kimyası İnstitutu 2017/2018-ci tədris ili üçün doktorantura və dissertanturaya qəbul elan edib
Yan 14 , 2018 | 12:21 / Musahibələr, çıxışlar
Oxunma ( 594 )

AMEA Aşqarlar Kimyası İnstitutu fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə (2017-ci ilin dekabr ayının 27-dən 2018-ci il yanvar ayının 26-dək – hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək) qəbul elan edir.

Doktorantura (fəlsəfə doktoru hazırlığı üzrə)

 2306.01– “Üzvi kimya” – 1 yer (əyani – büdcə hesabına)

2314.01 – “Neft kimya” – 1 yer (əyani – büdcə hesabına)

Dissertantura (fəlsəfə doktoru hazırlığı üzrə)

2314.01 – “Neft kimya” – 2 yer (əyani – büdcə hesabına)

Dissertantura (elmlər doktoru hazırlığı üzrə)

2306.01– “Üzvi kimya” – 1 yer ( büdcə hesabına)

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna (İnstitutların ünvanını AMEA-nın www.science.az saytından əldə etmək olar) təqdim olunmalıdır:

- elmi müəssisənin direktorunun adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının

vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı) ;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının

vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsilin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə)

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.

Elmlər doktoru elmi dərəcəsi almaq məqsədilə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi əsərlərin siyahısı ( elmlər doktoru hazırlığı üzrə );

- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 Ünvan: AMEA Aşqarlar Kimyası İnstitutunun Təhsil şöbəsi, AZ1029, Bakı şəh., Böyükşor şossesi, məhəllə 2062 , telefon: (+994 12) 5149612 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.