Azərbaycanlı gənclər doktorantura səviyyəsində AMEA ilə yanaşı Montpellier Universitetində də təhsil alacaqlar
Yan 17 , 2018 | 10:37 /
Oxunma ( 2399 )

Parisdə AMEA ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə, dissertasiya və maliyyələşmə sazişləri imzalanıb.

Sazişləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn imzalayıblar.

Sazişlərə əsasən azərbaycanlı gənclər AMEA ilə yanaşı, biotibb və energetika sahələrində doktorantura səviyyəsində Montpellier Universitetində də təhsil alacaqlar. Sonda gənc alimlər hər iki təhsil ocağının diplomuna yiyələnəcəklər.

Qeyd edək ki, bu, iki ölkə arasında doktorantura səviyyəsində ilk əməkdaşlıq sazişidir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.