Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib
Yan 19 , 2018 | 10:07 / Görüşlər
Oxunma ( 2135 )

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  20 Yanvar faciəsinin 28-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İnstitut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü  ilə İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. O, 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən danışdı. Bu faciənin bəşər tarixində qara səhifə olaraq qalacağını və xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildirdi. Ə.Quliyev əlavə edib ki, 20 Yanvar faciəsi XX əsrdə baş vermiş etnik təmizləmə hadisələri arasında ən dəhşətlilərinə aiddir. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.  

İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, a.ü.e.f.d. Məmməd Məmmədov 20 yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr  xalqımıza qarşı aparılan düşünülmüş mənfur siyasətin təzahürü olduğunu bildirib. Xalqımız bu məkrli siyasətin nəticəsində minlərlə qeyrətli oğullarını itirib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev qeyd edib ki, 20 yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin  mənliyini və qəhrəmanlığını  nümayiş etdirməyi bacardığı gündür.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin   xatirəsinə həsr edilən video rolik nümayiş olunub. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.