Gənclər üçün Macarıstanda yeni təqaüd proqramı elan edilib
Yan 25 , 2018 | 02:24 / Elmi müsabiqələr
Oxunma ( 2418 )

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı gənclər üçün 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təqaüd proqramı kənd təsərrüfatı sahəsində magistratura səviyyəsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub.

İngilis dilində aparılacaq proqrama əsasən, heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi ixtisasları üzrə təhsil almaq mümkündür.

Təhsil haqqı, yaşayış və tibbi sığorta Macarıstan tərəfindən ödənilir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri fevralın 28-dək REU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərə bilərlər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.