Fotos
AzTU-da AMEA Gənc Alim və Mütəxəəssislər Şurasının üzvlərinin iştirakı ilə “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub
Yan 18 , 2018 | 02:00 / Mühim hadisələr
Oxunma ( 312 )

2018-ci il Yanvarın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Tərlan Orucovanın müəllifi olduğu “Elmin sürət qatarı”layihəsinin təqdimatı keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Şura üzvləri - hüquql elmləri doktoru Ayxan Rüstəmzadə, kimya elmləri doktoru İsmayıl İsmayılov, biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyeva, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının doktorantı Məzahir Əfəndiyev və digər gənc alimlər iştirak ediblər.

Təqdimatda çıxış edən AzTU-nun prorektoru, professor İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, universitetin ictimai təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, gənc alimlərin və tələbələrin elmi-tədqiqat işlərinin dəstəklənməsi, həmçinin istedadların aşkar edilməsi qədər təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi də prioritet istiqamətlərdəndir.
İ.Xəlilov son illər AzTU tələbələrinin elmi-texniki, həmçinin ictimai uğurlarından danışıb.

Daha sonra AMEA-nın müxtəlif institutlarından, BMT-nin Bakı ofisindən, həmçinin elmtutumlu digər təşkilatlardan olan qonaqlar və tələbələr çıxış ediblər. Çıxış edənlər elmin inkişafı üçün yaradılan şərait, prioritet sahələr və dünya elminə inteqrasiyanı sürətləndirən istiqamətlər haqqında məlumat veriblər. İT və biotibbi texnologiyanın yeniliklərindən yararlanaraq əldə etdikləri ixtiralar haqqında məlumat verən AzTU tələbələri bu ixtiralarını startap layihələr kimi sənayeyə, istehsalata tətbiq etmək niyyətində olduqlarını qeyd ediblər.

T

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.