Fotos
AMEA Gənc Alim və Mütəxəssislər şurasının Yüksək Texnologiyalar Parkı ilə tanışılıq görüşü baş tutub
Yan 30 , 2018 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2604 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasi ilə AMEA YT Parkda əməkdaşlığın genişlənməsi məqsədi ilə görüş baş tutub.
Görüşdə giriş sözünü açan AMEA YT Parkın İstehsalat kommunikasiya xidmətləri şöbəsinin müdiri Hikmət Kərimov qonaqları salamlayaraq, ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Sonra çıxış edən Biznes İnkubasiya şöbəsinin müdiri Vüsal Süleymanlı bildirib ki, yüksək texnologiyalar sahəsində həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiyaların, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir. Bu sahədə AMEA YT Park ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyərək gələcəkdə bu istiqamətdə bir sıra işlərin görüləcəyini qeyd edib.
Gənc Alim və Mütəxəssislər şurasının üzvü, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov çıxışında əməkdaşlıq imkanlarından söz açmışdır. AMEA YT Park ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyərək gələcəkdə bu istiqamətdə bir sıra işlərin görüləcəyini qeyd edib.
Sonra AMEA YT Parkın rezidenti olan "AMEA Təcrübə-Sənaye Zavodu"- nun nümayəndəsi Süleyman Süleymanovun "AMEA Təcrübə-Sənaye Zavodu" haqqında təqdimatı dinlənilmişdir. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinə zavodda istehsal olunanan məhsullar haqqında geniş məlumat verilmişdir. 
Görüşdə AMEA YT Parkın rezidentləri "Millers Oils Azerbaijan" şirkətinin direktor müavini Cavid Şahmuradov və "DN TECHNOLOGIES" MMC-nin direktor müavini Ceyhun Nabadov fəaliyyətləri haqqında geniş məlumat vermiş, şirkətlərin fəaliyyətləri barəsində suallar cavablandırılımışdır.
Görüş zamanı Texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar AMEA YT Parkın mərkəzləşdirilmiş analitik laboratoriyası, pilotsuz uçan aparatların istehsal sahələri və radio ekoloji monitorinq sistemi ilə də tanış olublar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.