Fotos
AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2 Fevral – Azərbaycan Gənclər Günü qeyd edilib
Yan 30 , 2018 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 2213 )

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində 2 Fevral – Azərbaycan Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edildiyini söyləyib. Gənc nəslə göstərilən yüksək dövlət qayğısından danışan N.Vəlixanlı vurğulayıb ki, gənc alimlər elmi tədqiqatlara qoşulmaqla AMEA-nın ictimai-siyasi həyatında böyük rol oynayırlar. Alim AMEA-da gənc alimlərin sosial problemlərinin həlli, eləcə də onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı islahatların həyata keçirildiyini də diqqətə çatdırıb.

Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlərimizin elmi-ictimai həyatın bütün sferalarında fəal iştirak etdiyini deyib. Gənclərin elmi-mədəni, siyasi, iqtisadi, humanitar və digər tədbirlərin reallaşmasında mühüm rol oynadığını söyləyən F.Salmanov rəhbərlik etdiyi qurumda bu istiqamətdə həyata keçirilən layihələr barədə iştirakçıları məlumatlandırıb.

Tədbirdə, həmçinin muzeyin elmi və səmərəli fəaliyətinə görə fərqlənmiş və yaşı 35-ə qədər olan gənc alimlər Fəxri fərmanlarla təltif olunublar.

Konfrans bədii hissə ilə yekunlaşıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.