Fotos
AMEA Radiasiya Problemləri İnstitutunun gəncləri 2 fevral- Gənclər Günü ilə bağlı mükafatlandırıldılar
Fev 01 , 2018 | 01:00 / Elmi müsabiqələr
Oxunma ( 450 )

Bu gün AMEA Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı və Gənv Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunan tədbir keçirildi. Giriş nitqi ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və dövlət başçısı, cənab İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti yeni mərhələyə qədəm qoymuşdur. O qeyd etdi ki, son zamanlar dövlətin gənclərə diqqət və qayğısı artıb. Həmin yüksək diqqət və qayğının məntiqi nəticəsi elmi gəncliyi də tam əhatə edir.

O.Səmədov Akademiyanın elmi-ictimai hıyatında digər institutlar kimi Radiasiya Problemləri İnstitutunun çoxsaylı gənc alim və mütəxəssisləri mühüm rol oynayır: “Gənclərimizin apardıqları elmi-tədqiqat işlərinin mühüm nəticələri dünyanın aparıcı elm mərkəzlərində bəyənilməklə, yüksək impakt faktorlu jurnallarda dərc olunur.

O.Səmədov gənclərin elmə daha çox həvəslənməsi üçün rəhbərlik etdiyi İnstitutda bir sıra stimullaşdırma tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırdı.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq, gənclər adından İnstitut rəhbərliyinə təşəkkürünü bildirdi. O dedi ki, ümumiyyətlə elmi gəncliyə həm respublika, həm Akademiya səviyyəsində diqqət göstərilir: “Son illər Akademiyadan çoxlu gənc mütəxəssislər xarici nüfuzlu elm mərkəzlərinə ezam olunur, bilik-bacarıqlarının yüksəldilməsi kimi proseslərə cəlb olunur. Eyni zamanda elm-təhsil-innovasiya üçbucağının yaradılması üçün xüsusən gənclərə böyük önəm verilir”.

O bildirdi ki, Radiasiya Problemləri İnstitutunda fəaliyyət göstərəş gənc mütəxəssislər həm elmi həm də ictimai tədbirlərdə fəallıq göstərirlər: “Şura olaraq, hər il mütəmadi olaraq belə fəal gənclərin fəaliyyətini qiymətləndirməyə çalışırıq”.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri – dosentlər Orxan Abbasov, Qafil Dəmirov çıxış edərək gənclər günü ilə bağlı fikirlərini bölüşdülər.

Tədbirin sonunda ötən il elmi ictimai fəaliyyətində seçilən bir qrup gənclər diplom və pul mükafatları ilə təltif olundular.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.