Fotos
Gənc mütəxəssis 2 fevral Gənclər Günü ilə bağlı Fəxri Fərmana layiq görülüb
Yan 31 , 2018 | 06:00 /
Oxunma ( 2531 )

Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Taleh Məmmədlinin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzülüb.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbiri açaraq, iştirakçıları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Gəncləri Günü ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub. Bununla bağlı müvafiq fərmanın imzalanmasından 20 ildən artıq bir zaman ötür. Bu illər ərzində respublika gəncləri cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilib.

Qeyd olunub ki, ötən dövrdə dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda çoxsaylı tədbirlər keçirilib.

Sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan gəncliyi dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü qüvvə kimi formalaşır.

Həmçinin vurğulanıb ki, gənclərlə bağlı “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib. Prezident İlham Əliyev ötən il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı Tural Nağıyev, Prezident yanında Gənclər Fondunun əməkdaşı Ülvi Adıgözəlov, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin “SABAH” qrupunun II kurs tələbəsi Vəfa Mürsəlzadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal rayonundan seçilmiş Milli Məclisin deputatı Elşad Həsənov və digərləri çıxış edərək, iştirakçıları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.

Sonda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə bir qrup fəal Yasamal rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunublar.

Qeyd edək ki, AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi Nuranə Əliyeva da fəxri fərmana layiq görülüb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.