Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 2 fevral – Gənclər Günü ilə əlaqədar hərbi hospitalda əsgərlərimizi ziyarət ediblər
Fev 01 , 2018 | 06:00 /
Oxunma ( 359 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 2 fevral – Gənclər Günü ilə əlaqədar hərbi hospitalda əsgərlərimizi ziyarət ediblər. Səmimi mühütdə keçən görüşdə gənclərimiz ordumuzun son zamanlar düşmən üzərindəki əldə etdikləri hərbi və psixi üstünlüklər haqqında məlumatlar almışlar.

Ali Baş komandan cənab İlham Əliyevin qətiyyətli siyasi və dəyişməz mövqeyindən ruhlanan əsgərlərimizin hər an döyüşmək, düşmənlə üz-üzə mübarizə aparmaq əzmində olması gənclərimizin ölkə başçısının siyasi strategiyasına və ordumuza olan inamını daha da yüksəltmişdir. Elmi intellektual cəmiyyətin üzvlərilə görüşlərindən xeyli məmnun olan əsgər və zabitlər gənclərimizlə xatirə şəkilləri də çəkdirmişlər.

AMEA Gənc Alim və Mütəxəssislər Şurası ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda təməli qoyulan və daha sonra qlobal miqyasda bərqəqrar olunan 2 fevral – Gənclər Günündə cənab prezidentimiz İlham Əliyevin bütöv və müstəqil Azərbaycan uğurunda yürütdüyü siyasəti, həmçinin düşmən qarşısında canları ilə keçilməz sədd yaradan, vətən uğrunda böyük cəsarət və şücayətlə vuruşan qəhrəman və igid əsgərlərimizi dəstəkləməyə çağırır.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.