"Gənc tədqiqatçılar xarici dil biliklərinə yiyələnməlidir"
Fev 08 , 2018 | 12:25 / Mühim hadisələr
Oxunma ( 51 )

"Gənc tədqiqatçılar xarici dil biliklərinə yiyələnməlidir". Bu fikirləri AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov səsləndirib. O, ilk növbədə humanitar sahədə fəaliyyət göstərən alimlərin, gənc tədqiqatçıların xarici dil biliklərinə yiyələnmələrinin əhəmiyyətini önə çəkib. Qeyd edib ki, bütün elm sahələrində olduğu kimi humanitar və ictimai sahədə də beynəlxalq aləmə inteqrasiya olunmaq, daha səmərəli elmi nəticələr əldə etmək və bu nailiyyətlərin dünyada təbliği baxımından xarici dil bilmək son dərəcə vacibdir. Gənc doktorant və dissertantlara dil bilməyin vacibliyi aşılanmalı, bu istiqamətdə onlara dəstək göstərilməlidir.

Ə.Sadıqov, həmçinin AMEA-da fəaliyyət göstərən tədqiqatçıların informatika biliklərinə malik olmalarının vacibliyindən danışıb. Bildirib ki, hər bir doktorant və ya dissertant tədqiqat apardığı sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından sərbəst şəkildə istifadə etməyi bacarmalıdır.

O, AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq qərar və sərəncamlarını rəhbər tutaraq gənclərin dünya görüşlərinin artırılması, onların elmə cəlb olunması ilə bağlı təbliğat işlərinin aparılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb, akademiyada xarici dil kurslarının sistemli şəkildə təşklinin vacibliyini vurğulayıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.