Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradıldı
Fev 21 , 2018 | 11:33 / Mühim hadisələr
Oxunma ( 477 )

Nazirlər Kabineti Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında qərar verib.
 
“Qafqazinfo”nun məlumatına görə, qərara əsasən Şuranın sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Şuranın sədr müavini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev təsdiqlənib.
 
Şuranın üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti  Dilqəm Tağıyev, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Milli Elmlər Akademiyasının akademik-katibi Rasim Əliquliyev, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov,  M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri Fuad Əliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi Heydər Piriyev və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil İdarəsinin rəisi (məsul katib) Əminağa Sadıqovdur.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.