AMEA Gənc Alim və Mütəxəssislər Şurası Azad Həmkarlar İttifaqı ilə birgə Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım tədbiri keçirdi
Fev 26 , 2018 | 03:36 / Mühüm hadisələr
Oxunma ( 2214 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım tədbiri keçirildi. Akademiyanın ayrı-ayrı tədqiqat institutlarının alim və mütəxəssislərinin iştirak etdiyi tədbirdə öncə “Xocalı soyqırımı” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov faciədən 26 il keçməsinə baxmayaraq faciə qurbanlarının unudulmadığını bildirdi. Soyqırım zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı hərbi cinayətlər barədə ətraflı məlumat verən Sədr bildirdi ki, Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi daxil olan Xocalı soyqırımı dünyada baş verən digər soyqırımlarla nəinki bir sırada, hətta bir çox məqamlarda onlardan üstün yerdə dayanır. Onun sözlərinə görə, Xocalı şəhərinin ermənilər tərəfindən əsas hədəf seçilməsi də həmin düşünülmüş siyasətin tərkib hissəsi idi.
Tədbirdə Arxeologiya və Etnoqrafiya İnstitutunun AHİ-nin sədri-ƏbuzərƏləkbərov, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmlər doktoru, Rəna Mirzəzadə Kataliz Qeyri – Üzvü Kimya İnstitutunun AHİ-nin sədri Arif Əfəndi, İqtisadiyyat İnstitutu AHİ-nin sədri- Paşa Tanrıverdi, AMEA Neft Qaz institutunun GAMŞ sədri Roksana Əsgərova, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Aynurə Paşayeva, Fizika İnstitunun aparıcı elmi işçisi Rəhim Ələkbərov Xocalı soyqırımı ilə bağlı tarixi faktlara əsaslanan mövzular ətrafında müzakirələr aparıblar.
Gənclər Xocalı soyqırımını, eləcə də Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında alimlərin rolundan danışdı.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.