Fotos
AMEA Gəncə Bölməsində distant elmi seminar-təlim keçirilib
Fev 28 , 2018 | 03:13 / Mühim hadisələr
Oxunma ( 331 )

Bu gün AMEA Gəncə Bölməsində Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə dünyanın nüfuzlu Clarivate Analytics (Web of Science - Thomson Reuters) elmi korporasiyası tərəfindən növbəti distant elmi seminar-təlim keçirilmişdir. Tədbirdə AMEA Gəncə Bölməsinin elmi əməkdaşları ilə yanaşı, Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Elmi-tədqiqat İnstitutlarının gənc alim və mütəxəssisləri iştirak etmişlər. "Beynəlxalq elmi nəşrlərdə məqalə çapına dair əsas tələblər" mövzusunda təşkil edilmiş təlim Clarivate Analytics elmi korporasiyasının mütəxəssisləri - Marqarita Sidorova və Darya Buxtoyarova tərəfindən aparılmışdır.

Ümumilikdə, distant təlimdə 50-dən çox tədqiqatçı, doktorant və dissertantlar iştirak etmişlər.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.