Fərhad Hacıyev nazir müavini oldu
Mart 02 , 2018 | 10:00 /
Oxunma ( 2929 )

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə yeni təyinat olub. Belə ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacyev vəzifəsindən azad edilərək gənclər və idman nazirinin müavini təyin edilib. 

F. Hacıyev açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, Fərhad Hacıyev 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Universitetini və Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Harvard Kennedi Məktəbinin məzunudur.

Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlayıb. 1999-cu ildə bu təşkilkatın Məclis sədri, 2000-ci ildə isə baş katibi seçilib. 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub.

2001-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2002-ci ilin noyabr ayında Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

2006-2009-cu illərdə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri vəzifəsində çalışıb.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkilində iştirak etdiyinə görə Azərbaycan Prezidentinin “Fəxri Diplomu” ilə təltif edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.