“Weekly Wood Newspaper” qəzetində AMEA-nın Mərkəzi Nəbatat Bağından bəhs edən yazı dərc olunub
Mart 07 , 2018 | 10:07 /
Oxunma ( 1814 )

Cənubi Koreyada yayımlanan “Weekly Wood Newspaper” qəzetinin 01 fevral 2018-ci il nömrəsində  keçən ilin oktyabr ayında Mərkəzi Nəbatat Bağının qonağı olmuş, Cənubi Koreyanın Jeonbuk Universitetinin Meşəçilik fakültəsinin dosenti, Daniel Kvonun müəllifi olduğu "Baku Botanical Garden" sərlövhəli məqaləsi dərc olunub.
Məqələdə Mərkəzi Nəbatat Bağının yaranma tarixi, mövcud bitki kolleksiyaları, buranın alimləri tərəfindən aparılan elmi tədqiqat işləri haqqında məlumat yerləşdirilib. Cənubi Koreyalı alim oxucuların nəzərinə Azərbaycanın endemik, nadir ağac növü olan eldar şamının əhəmiyyətindən də geniş söz açılıb. Müəllifi Mərkəzi Nəbatat Bağının Bakı şəhəri üçün xüsusi əhəmiyyətini vurğulayaraq, burada aparılan işlərdən və gələcək perspektivlərdən də geniş söz açıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.