Fotos
Soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılmasında gənc alimlər yaxından iştirak edir
Mart 04 , 2018 | 12:34 / Mühüm hadisələr
Oxunma ( 2355 )

Qubada şimal bölgəsinin fəal gənclərinin iştirakı ilə keçirilən regional konfransda erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı törətdikləri etnik təmizləmə, deportasiya və soyqırımlarından danışılıb.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi konfransın iştirakçıları əvvəlcə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Gənclərə məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Komplekslə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.

Heydər Əliyev Mərkəzində keçirilən konfransın əvvəlində soyqırım qurbanlarının və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov Prezident İlham Əliyevin imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamı ilə əlaqədar təşkil olunan tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, daşnak-bolşevik silahlı dəstələri mart soyqırımları zamanı on minlərlə dinc sakini etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələrini dağıdıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqları məhv ediblər. Ermənilər təkcə əsrin əvvəllərində deyil, bütün tarixboyu azərbaycanlılara qarşı düşmən mövqeyində olub. Həmçinin Xocalı soyqırımından da danışılıb, bu qətliamın ötən əsrin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayət aktı olduğu bildirilib.

Konfransda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Quliyeva, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının meneceri Samir Mehrəliyev çıxış edərək, soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə böyük vəzifə düşdüyünü diqqətə çatdırıblar.

Bildirilib ki, ötən əsrin əvvəllərində baş verən hadisələrə yalnız 80 il sonra adekvat siyasi qiymət verilib.1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Konfrans gənclərin mövzu ətrafında çıxışları və qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.