Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçrilib
Mart 07 , 2018 | 09:12 / Mühim hadisələr
Oxunma ( 212 )

7 mart 2016-ci il  AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Komitəsi İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan TAİ-nin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev İnstitutun qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Təbrikə HİK-in sədri a.ü.f.d Məmməd Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev, institutun əməkdaşları əməkdar elm xadimi Paşa Zamanov,  a.ü.f.d, dos. Mustafa Mustafayev qoşuldu. Tədbirdə İnstitutun direktoru  aktiv gənclərə institutun  elmi ictimai işlərində fəal iştirakına görə Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşəkkürnamə təqdim edib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.