BU GÜN BÖLGƏLƏRDƏ 40 MİN ŞAGİRD İMTAHAN VERİB
Mart 11 , 2018 | 04:00 /
Oxunma ( 276 )
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 27 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. DİM-dən verilən məlumatda bildirilir ki, bu gün imtahanda 39496 (Sumqayıt şəhərində 4416, Abşeron rayonunda 3842, Gəncə şəhərində 3365, Daşkəsən rayonunda 280, Göygöl rayonunda 877, Samux rayonunda 676, Şamaxı rayonunda 944, Naftalan şəhərində 88, Goranboy rayonunda 1320, Yevlax şəhərində 1397, Şəki şəhərində 2045, Qəbələ rayonunda 1343, Oğuz rayonunda 561, Bərdə rayonunda 2200, Ağdam rayonunda 929, Tərtər rayonunda 886, Kürdəmir rayonunda 1203, Zərdab rayonunda 611, Ağsu rayonunda 681, İmişli rayonunda 1252, Sabirabad rayonunda 1799, Biləsuvar rayonunda 1387, Saatlı rayonunda 1019, Lənkəran şəhərində 2282, Astara rayonunda 1283, Xaçmaz rayonunda 2112, Şabran rayonunda 698) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulub.
İmtahan saat 11:00-da başlanıb, 2 saat davam edib.
IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 87 imtahan mərkəzi, imtahanların idarə olunmasına isə 277 imtahan rəhbəri, 3355 nəzarətçi‑müəllim ayrılıb.
 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.