Müştərək beynəlxalq layihə müsabiqələrinin nəticələri təsdiq edilib
Mart 14 , 2018 | 04:48 / Elmi müsabiqələr
Oxunma ( 506 )

Azərbaycan Milli Elmlər Akademiyası müxtəlif xarici elmi qurumlarla 2018-2020-ci illər üçün layihə müsabiqələri elan edir.

Rəyasət Heyətinin 14 mart tarixli iclasının gündəliyində yer alan məsələlərdən biri də akademiyanın beynəlxalq elmi layihələrdə iştirakı barədə olub. Bununla bağlı çıxış edən AMEA Rəyasət Heyətinin Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin akademik qurumları ilə əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində AMEA İtaliya Milli Tədqiqat Şurası, Bolqarıstan Elmlər Akademiyası və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi ilə müştərək layihə müsabiqələri elan edilib.

Layihələr qeyd olunan təşkilatların müstəqil ekspertləri tərəfindən qiymətləndirilərək Rəyasət Heyətinə təqdim olunub.

İclasda elmi tədqiqat layihələri təsdiq edilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.