Gənc tədqiqatçı Türkiyədə beynəlxalq elmi simpoziumda məruzə edib
Mart 26 , 2018 | 08:53 / Mühüm hadisələr
Oxunma ( 2399 )
21-23 mart 2018-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Yozqat vilayətində Atatürk Araşdırma Mərkəzi və Bozok Universtetinin   təşkilatçılığı ilə “XIX əsrdən günümüzə qədər Türkiyədə iqtidara müdaxilələr və çevrilişlər” mövzusunda beynəlxalq elmi simpoziumu keçirilib.
Bu tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi  Aynurə Niyaz qızı Paşayeva iştirak edib.
Gənc tədqiqatçı  “Türkiyədə 15 İyul dövlət çevrilişinə cəhd Azərbaycan mətbuatında” mövzusunda məruzə etmiş və sertifikatla təltif olunmuşdur.
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.