Prezident ölkənin 2018-2025-ci illərdə inkişafı üçün yeni hədəflər müəyyənləşdirib
Mart 27 , 2018 | 01:50 /
Oxunma ( 2071 )
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-2025-ci illər üçün yeni hədəflər müəyyənləşdirilib. Belə ki, qarşıdakı 8 il ərzində Azərbaycanda dayanıqlı və innovativ iqtisadiyyatın qurulması tam təmin ediləcək. Müasir infrastrukturun yaradılması üzrə tədbirlər davam etdiriləcək. Vətəndaşların həyat səviyyəsi daha da artırılacaq.
Həmçinin, əhalinin sosial müdafiəsi sistemi mütərəqqi dünya təcrübəsi əsasında daha da təkmilləşəcək. Regionlarda müasir və əməktutumlu müəssisələr yaradılacaq, yeni iş yerləri açılacaq.
Bütün yaşayış məntəqələrinin qazlaşması başa çatdırılacaq.
Eyni zamanda iqtisadi islahatların əhatə dairəsi daha da genişləndiriləcək. Xarici investisiyaların stimullaşdırılması məqsədilə azad iqtisadi zonalar yaradılacaq. Dövlət idarəçiliyində islahatlar və insan kapitalının inkişafının stimullaşdırılması istiqamətində yeni tədbirlər həyata keçiriləcək.
İcbari tibbi sığortanın əhatə dairəsi daha da genişləndiriləcək.
Dünya enerji təhlükəsizliyi sistemində Azərbaycanın mövqeyi daha da güclənəcək.
Avropa və Asiya qitələrini birləşdirən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə ölkəmiz regional logistik mərkəzə çevriləcək.
İşğal altında olan ərazilərimizin azad edilməsi üçün bütün səylər daha da artırılacaq, ordumuzun gücləndirilməsi istiqamətində yeni nəticələr əldə olunacaq. Azərbaycan beynəlxalq multikultural, mədəni, humanitar və idman tədbirlərini bundan sonra da uğurla həyata keçirəcək.
Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndiriləcək.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.