AMEA Fəlsəfə İnstitutunda YAP Yasamal Rayon Təşkilatının tədbiri keçirilib
Mart 14 , 2018 | 07:56 / Mühüm hadisələr
Oxunma ( 3040 )
  13 mart  2018-ci il tarixdə Fəlsəfə İnstitutunda YAP Yasamal Rayon Təşkilatının (Fəlsəfə İnstitutu təşkilatı) yığıncağı keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov,  YAP  Yasamal Rayon Təşkilatının məsləhətciləri  Ülviyyə Əliyeva və Aytəkin Əhmədova, YAP Ədəbiyyat İnstitutu Təşkilatının sədri, fil. ü.f.d. Xədicə İsgəndərli, YAP Coğrafiya İnstitutu təşkilatının sədri coğrafiya.ü.f.d. Bibixanım  İbrahimova  və institutun partiya təşkilat üzvləri  iştrak etmişlər.
     İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, profesor İlham Məmmədzadə iştirakçıları salamlayaraq, qarşıdan gələn prezident seçkilərində onlara öz işlərində uğurlar arzuladı. Sonra söz YAP Fəlsəfə İnstitutu təşkilatının sədri  s.e.ü.f.d. Sənan Həsənova verildi. S. Həsənov partiya təşkilatının institutdakı fəaliyyəti barədə qısa məlumat verərək qarşıdan gələn prezident seçkilərində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışdı. Sülh və sabitliyin təminatçısı kimi Prezident İlham Əliyevin siyasi nüfuzunun və nailiyyətlərinin  xalqımız üçün əhəmiyyətinə nəzər saldı. Sonra gündəlikdəki məsələlər elan olundu və yetərsay olduğu ücün acıq səsvermə ilə iclas öz işinə başladı. İlk olaraq partiya sıralarına qəbul edilmiş 11 nəfər  yeni üzvlərə partiya biletləri təqdim olundu.
          Yeni qəbul edilmiş üzvlərin adından h.e.d. prof. İsaxan Vəliyev qısa nitq söyləyərək partiya sıralarına qəbul  üçün  YAP Yasamal Rayon Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirdi, partiya sıralarında nümunəvi ictimai-siyasi fəaliyyət göstərməyi əsas olaraq önə çəkdi.  Partiya üzvlərindən İnstitutun  şöbə müdiri, fəl. e. d.  Füzulu Qurbanov, e.i. fəl.ü.f.d. Məhəmməd  Cəbrayılov, böy.e.i. f. ü.f.d. İradə Zərqanayeva cıxışlarında Azərbaycanın bugünkü uğrlu inkişaf strategiyasında YAP-nın roluna və partiyanın sədri  Prezident İlham Əliyevin  apardığı uğurlu siyasi kursun elmi təhlilinə dair fikirlərini əsaslandırdılar. İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri,  elmi işçi Tünzalə Musayeva ölkəmizin ictimi-siyasi həyatında gənc alimlərin  rolunu və Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi diqqət və qayğını önə çəkdi.
                 Yeni Azərbaycan  Partiyası Yasamal   Rayon Təşkilatının sədri Tağı Əhmədov nitqində partiya sıralarına yeni qəbul edilmiş və partiya vəsiqələri almış üzvləri təbrik etdi. Qarşıdan gələn Prezident seçkilərində partiya üzvlərimizin və bütövlükdə Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin  mütərəqqi ideyalarına səs verəcəklərinə əminlik ifadə etdi.
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.