Fotos
Bakıda II Beynəlxalq ailə və uşaq psixologiyası elmi-praktik konfransı keçiriləcək.
Mart 29 , 2018 | 04:58 / Mühüm hadisələr
Oxunma ( 2345 )
26-27 may 2018-ci il tarixində: YAP Binəqədi Rayon Təşkilatı konfrans zalında AMEA Gənc Alim və Mütəxəssislər şurası , Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Narınc Uşaq Psixologiya Mərkəzinin təşkilatçılığı ilə II BEYNƏLXALQ AİLƏ VƏ UŞAQ PSİXOLOGİYASI elmi-praktik konfrans keçiriləcək.  Türkiyənin 4 peşəkar professor heyətinin qqatılacağı bu mötəbər konfransda ailə və uşaq psixologiyası (ailədaixli münasibətlər, ailə krizisli situasiyaları doğru yönətmə, ailə danışmanlığı, valideyn və övlad münasibətlərinin düzgün qurulması və s.) - Uşaqlarda psixoloji  və loqopedik problemlər - Uşaqlarda inkişaf və yaş problemləri kimi mühüm məsələlər müzakirə ediləcək. 
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.