Apr 02 , 2018 | 11:44 / Müsahibələr, çıxışlar
Azərbaycanda formalaşmış seçki ənənəsi mövcuddur. Seçkilərin demokratik prinsiplərə və dünya standartlarına uyğun keçirilməsi üçün lazimi addımlar atılıb. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Emin Bağırov bildirib.
O deyib ki, Azərbaycanın seçki qanunvericiliyi demokratikliyi, mütərəqqiliyi baxımından əksər dünya ölkələrinə nümunədir: “Seçki Məcəlləmiz ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələrə bərabərhüquqlu mübarizə üçün sağlam şərait yaradıb. Seçkilərdə iştirak edən namizədlər İctimai Televiziyada əhali ilə birbaşa təmas qurmaq üçün pulsuz efir imkanlarına malikdirlər. Bundan əlavə, namizədlərin platformalarını şəhərin müxtəlif hissələrində nəzərdə tutulmuş yerlərdə təqdim etmələri üçün sərbəst şərait yaradılıb.
E.Bağırov əminliyini bildirib ki, Azərbaycan xalqı seçkilərdə ölkəmizin elmi potensialının yüksəlməsi, böyük nailiyyətlər əldə etməsi üçün prespektiv vəd edən layiqli namizədə səs verəcək.