2018-ci il üçün iqtisadiyyat, hüquq və siyasi elmlər üzrə doktorluq tədqiqat qrantı elan edilib
Apr 04 , 2018 | 09:55 / Elmi müsabiqələr
Oxunma ( 2281 )

Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM, ingiliscə STCU) 2018-ci il üçün iqtisadiyyat, hüquq və siyasi elmlər üzrə doktorluq tədqiqat qrantı elan edir.

Tədqiqat kimyəvi, bioloji, radioloji və ya nüvə silahlarının inkişafının qarşısının alınması, strateji ticarət nəzarəti, milli və beynəlxalq ticarət nəzarəti sistemləri kimi sahələri əhatə edir.

Proqramda Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova universitetlərində magistr dərəcəsi almış sosial elm sahəsindəki dissertantlar (vətəndaşlığından asılı olmayaraq) iştirak edə bilərlər. Müraciət etmək istəyənlər Avropa Birliyinin (AB) universitetlərinin Ph.D. proqramında qeydiyyatdan keçməli və iki elmi rəhbər seçməlidir. Onlardan biri hər hansı AB universitetində qeydiyyatdan keçmiş və elmi dərəcəsi olan, digəri isə UETM-i əhatə edən ölkədə elmi dərəcəyə sahib olan şəxs olmalıdır.

UETM Xüsusi Araşdırmalar Fondu doktorluq tələbəsinə 2018-ci ilin sentyabr ayından başlayan dörd illik müqavilə təklif edir. Müqavilənin başlanğıc tarixi ərizəçinin tələbi ilə dəyişdirilə bilər. Müqavilə noyabr ayından gec olmayaraq imzalanmalıdır.

Tədqiqat üçün lazım olan büdcə qiymətləndirilməli və müraciətdə təqdim edilməlidir.

Ərizə üçün lazım olan bütün məlumat və sənədlər ingilis dilində phc.grant@stcu.int elektron poçtu ilə UETM-ə göndərilməlidir.

Müraciətlər mayın 15-dək qəbul olunur.

Daha ətraflı məlumatı http://www.stcu.int/news/index.php?id=476 linkindən əldə etmək mümkündür.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.