Gənc alimlərə mükafat veriləcək
Apr 09 , 2018 | 01:18 / Mühim hadisələr
Oxunma ( 148 )

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 8 sentyabr 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə aktual və müasir elmi problemlərin həlli istiqamətində elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə müsabiqə elan olunur.

Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

I yer – 3000 manat;

II yer – 2000 manat;

III yer – 1500 manat.

Müsabiqədə namizədliyi AMEA-nın həqiqi və müxbir üzvləri və ya AMEA-nın elmi müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən, yaşı 30-dək olan akademiyanın gənc alimləri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən gənc alimlər aşağıdakı sənədləri 2018-ci il aprelin 20-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim etməlidirlər:

- AMEA prezidentinin adına ərizə;

- müsabiqədə iştirak üçün namizədliyi irəli sürülmə barədə AMEA üzvlərinin təqdimatı və ya AMEA-nın elmi müəssisələrinin elmi şurasının təqdimatı;

- əldə etdikləri nailiyyətlər haqqında məlumat (1 səhifədən artıq olmamaq şərti ilə);

- elmi əsərlərinin təsdiq olunmuş formada siyahısı;

- elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surətləri;

- şəxsi məlumatlar ( forma əlavə olunur);

- diplomların surəti;

- şəxsiyyət vəsiqəsinin surəti.

Müsabiqə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə keçirilir.

Ünvan: Bakı ş., H.Cavid pr., 115, AMEA-nın Əsas binası, ETİ-nin Doktorantura şöbəsi, otaq 141. 

Tel.: (+994 12) 539 30 60; (+994 12) 497 21 28.

E-mail: eti@science.az, mamedsamira@yandex.ru

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.