Fotos
AMEA Botanika İnstitutun alimləri Ukraynanın Xarkov şəhərində beynəlxalq konfransda iştirak ediblər
Apr 10 , 2018 | 10:21 / Mühüm hadisələr
Oxunma ( 2091 )

Ukraynanın Xarkov şəhərində keçirilən “Dərman - insan. Farmakoterapiyanın müasir problemləri və dərmanların təyin edilməsi” adlı II Beynəlxalq elmi-praktiki konfransda Botanika İnstitutun bir qrup gənc alimi iştirak edib. Ukrayna, Rusiya, Qazaxıstan, Almaniya, Gürcüstan, Özbəkistan, Kanada və s. ölkələrin tibb və əczaçılıq sahəsində çalışan mütəxəssislərinin iştirak etdiyi konfransda faktiki insan xəstəliklərinin diaqnostika və farmakoterapiya müasir metodlarının aspektləri, yeni dərmanların klinik effektivliyinin öyrənilməsi, sintetik mənşəli bioloji fəal aktiv maddələrin preklinik tədqiqinə həsr olunub.
İnstitutun baş elmi işçisi, əməkdar elm xadimi, k.ü.e.d., professor Siracəddin Sərkərovun rəhbərliyi ilə b.ü.f.d. Gültəkin Qasımova “Azərbaycan florasında olan Apiaceae fəsiləsnə aid bəzi növlərin bioloji fəal kumarin törəmələrinin tədqiqi”, dissertant İqbal Heydərov və b.ü.f.d. Nigar Mikayılova “Azərbaycan florasında olan bəzi bitkilərdən alınmış Psoriaz, Vitiliqo və başqa xəstəliklərin müalicəsində istifadə olunan preparatların resept komponentləri”, dissertant İqbal İmanlı “Sosnovski və Sachokia bitkiləri fitosensibilzəedici xüsusiyyətlərə malik xətti furokumarinlərin mənbəyidir”, dissertant  Ayşən Quliyeva “Agasyllis latifolia bitkisinin komponent tərkibinin qaz-xromo-mass spektroskopiya metodu ilə tətbiqi” mövzularında məruzələrini təqdim ediblər. İştirakçılar sertifikatla təltif olunublar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.