AMEA Yüksək Texnologiyalar Parkının məhsulları ixrac olunacaq
Apr 16 , 2018 | 04:05 /
Oxunma ( 246 )

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı ilə əməkdaşlığı gücləndirir.

Bu münasibətlə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevlə Azexport.az portalının rəhbəri Zaur Qardaşov arasında görüş keçirilib.

Görüşdə YT Parkın və rezidentlərinin istehsal etdiyi sürtgü və motor yağlarının portalda təqdim olunması ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, yerli istehsal məhsulları olan yağlar keyfiyyət və qiymət göstəricilərinə görə, dünyanın ən aparıcı markaları ilə rəqabət apara bilərlər.

Z.Qardaşov düzgün marketinq strategiyası nəticəsində yaxın illərdə xarici bazarlara 500 milyon dollar həcmində motor və sürtgü yağlarının ixrac edilə biləcəyini söyləyib.

Bundan əlavə, görüş zamanı AMEA YT Parkın istehsalı olan dronlar haqqında məlumatın portalda yerləşdirilməsi və eyni zamanda beynəlxalq elektron platformalar vasitəsilə marketinqinin aparılması istiqamətində razılıq əldə edilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.