“Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda gənc alimlərin beynəlxalq elmi forumu keçiriləcək
Apr 17 , 2018 | 06:00 / Mühim hadisələr
Oxunma ( 3725 )

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 06-08 sentyabr 2018-ci il tarixlərində Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar  dövlətinə səyahət”  mövzusunda gənc alimlərin və tədqiqatçıların beynəlxalq elmi forumu keçiriləcəkdir.

Forumun əsas məqsədi ölkəmizin orta əsr tarixində mühüm rol oynayan Şirvanşahlar dövlətinə qısa tarixi ekskursiya etməklə ötən müddətdə mədəni, siyasi və iqtisadi tərəqqidə varislik ənənələrinin, həmin dövrə klassika və müasirlik nöqteyi nəzərindən fəlsəfi, dini, eyni zamanda ədəbi baxışların necə olması və ən əsası Şirvanşahlar dövlətindən müasir Azərbaycana qədər inteqrativ inkişafın konseptual modeli mövzularında gənc alim və mütəxəssislərin geniş müzakirəsinin təşkil edilməsidir.

Forumda iştirak etmək etmək istəyənlər onlayn qeydiyyatdan keçməli və tezis (forum.baku.2018@gmail.com) göndərməlidir.

Forumun elmi istiqamətləri:

  Mədəni, siyasi və iqtisadi tərəqqidə varislik ənənələri: Qədim ipək yolu və BTQ dəmir yolu xətti

  • Ø Klassika və müasirlik - fəlsəfi, dini və ədəbi baxışlar

 

  • Ø İnteqrativ inkişafın konseptual modeli: Şirvanşahlar dövləti və müasir Azərbaycan

 

Forumun rəsmi dili Azərbaycan və ingilis dilləridir.

Foruma təqdim ediləcək tezislər aşağıdakı tələblərə cavab verməlidir:

Tezislər – MS Word redaktor mətnli elektron formada qəbul olunur. Mətnin şrifti – Times New Roman (şriftin ölçüsü 12pt), sətirlər arası interval isə 1 olmalıdır. Kağızın formatı A4, mətn sahəsinin hər tərəfindən 2,5 sm saxlanılmalıdır. Tezislərin həcmi 2 səhifədən çox olmamalıdır.

Tezisin adı – səhifənin mərkəzindən boş yer buraxılmamaqla, baş hərflərlə və qalın 12pt ölçülü şriftlə yazılmalıdır.                                   

Sonra iki interval buraxılmaqla, növbəti  sətirdə müəlliflərin soyadı və insialları səhifənin mərkəzindən, kursiv 12pt ölçülü şriftlə göstərilməlidir. Müəlliflərin soyadlarından sonra sətirüstü ulduz qoyulmalıdır (əgər müəlliflər fərqli təşkilatlardandırsa).

Növbəti sətirdə (müvafiq ulduzla işarə olunan) təşkilatın tam adı, şəhər, ölkə,  məruzəçinin elektron ünvanı kursiv və 12pt ölçülü şriftlə qeyd olunmalıdır.

Mətndə şəkil mütləq qaydada JPEG formatında  yerləşdirilməlidir.

Azərbaycan dilində təqdim olunmuş tezisin ingilis dilində qısa xülasəsi verilməlidir. 

Forumda iştirak edəcək xarici qonaqların qarşılanması, yola salınması və konfransla əlaqədar nəzərdə tutulmuş bütün xərclər (mehmanxana, qida və s.) Təşkilat Komitəsi tərəfindən ödəniləcəkdir.

Tezislərin qəbulu üçün son tarix 01 iyul 2018-ci ildir. Tezislər (forum.baku.2018@gmail.com)  elektron ünvanına göndərilməlidir.

Tezislərin qəbuluna dair son məlumat 15 iyul 2018-ci il tarixindək veriləcəkdir.

Forumun proqramı 01 sentyabr 2018-ci il tarixində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının internet saytında (www.gencalimler.az) yerləşdiriləcəkdir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.