Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimləri tələbələrlə ekspedisiyada olublar
May 03 , 2018 | 09:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 218 )

Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun "Torpaqların aqroekologiyası və bonitirovkası" laboratoriyasının əməkdaşları dosent Zaman Məmmədov və dosent Könül Qafarbəyli Bakı Dövlət Universitetinin tələbələri ilə birlikdə Quba rayonunda ekspedisiyada olmuşlar. Məqsəd AMEA-nın elmin təbliği, elmlə təhsilin inteqrasiyası siyasətinə uyğun olaraq Universitet tələbələrində çöl-torpaq işlərinin aparılması, kameral-hazırlıq işlərinin götürülməsi, torpaq kəsiminin qoyulması, torpaq nümunələrinin götürülmə qaydaları və s. haqqında bilik və bacarıqların formalaşdırılması və onlarda elmə marağın artırılması olub.

Ekspedisiya müddətində tələbələrə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyət istiqəməti olan çöl ekspedisiyaların mahiyyəti, bu istiqamətdə həyata keçirilən işlər və əldə olunan elmi nailiyyətlər , eləcə də gələcək perspektiv planlar haqqında dolğun məlumat verilib və tələbələrin sualları əyani nümunələr üzərində cavablandırılıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.