Vüsal Quliyev Prezident Administrasiyasında sektor müdiri oldu
May 03 , 2018 | 07:04 / Mühim hadisələr
Oxunma ( 61 )

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.

AZƏRTAC-ın məlumatına görə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.

İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.