AMEA gənc alim və mütəxəssislərin institutlararası V futbol çempionatında qrup mərhələsini keçən 8 komanda məlum oldu
May 04 , 2018 | 07:29 / İdman yarışları
Oxunma ( 2646 )

AMEA gənc alim və mütəxəssislərin institutlararası V futbol çempionatında III tur mərhələsində bu gün keçirilən iki oyunla qrup oyunlarına yekun vurulub. Bu oyunlarda Yüksək Texnologiyalar Parkı ilə Memarlıq və İncəsənət İnstitutunun qarşılaşmasında oyuna qatılmadıqları üçün ikincilərə 5:0 texniki məğlubiyyət verilib. İnformasiya Texnologiyaları İnstitutu ilə Ədəbiyyat İnstitutu qarşılaşmasında isə 7:2 nəticə qeydə alınıb. Bununla qrup mərhələsini adlayan 8 komandanın adına aydınlıq gətirilib. Həmin komandalar növbəti mərhələdə  aşağıdakı formada qarşılaşacaqlar:

¼ oyunlar

08 may

 

Saat 12:00

Geologiya və Geofizika İnstitutu - AMEA Rəyasət Heyəti

 

Saat 13:00

İqtisadiyyat İnstitutu  -  Təcrübə Sənaye Zavodu

 

Saat 14:00

Fizika İnstitutu  -  İdarəetmə Sistemləri İnstitutu

 

Saat 15:00

Neft-Kimya Prosesləri İnstitutu - Yüksək Texnologiyalar Parkı

 

 

 

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.