AMEA gənc alim və mütəxəssislərin institutlararası V futbol çempionatında 1/4 finalında gözlənilməz nəticələr qeydə alınıb
May 08 , 2018 | 06:00 / İdman yarışları
Oxunma ( 2443 )

Bu gün AMEA gənc alim və mütəxəssislərin institutlararası V futbol çempionatında 1/4 final oyunları keçirilib. İlk olaraq AMEA Geologiya və Geofizika İnstitutu komandası AMEA Rəyasət Heyətinin futbol komandası ilə münasibətlərinə aydınlıq gətirmək üçün yaşıl meydana çıxdılar. Nəinki bu qarşılaşmanın, ümumiyyətlə bu dəfəki çempionatın açıq-aşkar favoriti sayılan indiyə qədər keçirilən çempionatların qızıl, gümüş və bürünc medalçıları gözlənilmədən rəqiblərinə məğlub olublar. Əsas vaxtda 3: hesabı ilə başa çatan oyunun taleyini penalti zərbələri həll edib: 5:3 Beləliklə,  bütün penal zərbələrdə dəqiq olan AMEA Rəyasət Heyətinin komandası 1/2 finala vəsiqə qazan Növbəti qarşılaşmada AMEA İqtisadiyyat İnstitutu AMEA Təcrübə Sənaye Zavodundan üstün olub - 8:1.

 AMEA İdarəetmə Sistemləri İnstitutunu sınağa çəkən ikiqat çempion AMEA Fizika İnstitutunun komandası sürpriz nəticə qeydə alınmasına imkan verməyib - 11:2.

AMEA Yüksək Texnologiyalar Parkı AMEA Neft-Kimya Prosesləri İnstitutuna 3:2 hesabı ilə qalib gələrək Çempionatın yarımfinalına adını yazan 4 komandadan biri olub.

¼ oyunlar

08 may

 

Saat 12:00

Geologiya və Geofizika İnstitutu - AMEA Rəyasət Heyəti - 3:3 (penalti zərbələri 3:5) 

 

Saat 13:00

İqtisadiyyat İnstitutu  -  Təcrübə Sənaye Zavodu - 8:1

 

Saat 14:00

Fizika İnstitutu  -  İdarəetmə Sistemləri İnstitutu - 11:2

 

Saat 15:00

Neft-Kimya Prosesləri İnstitutu - Yüksək Texnologiyalar Parkı - 2:3

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.