Fotos
AMEA Botanika İnstitutunun gənc aliminin həmmüəlifi olduğu unikal məqalə yüksək impakt faktorlu jurnalda dərc edilib
May 10 , 2018 | 12:18 / Elmi nəşrlər
Oxunma ( 576 )

AMEA Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu Elsevier nəşriyyatının “Current Opinionin Environmental Sustainability” impakt faktorlu jurnalında çap olunub.(https://doi.org/10.1016/j.cosust.2018.02.004)
“Planetar davamlılıqda gənc mütəxəssislərin vacibliyi” (Early-career experts essential for planetary sustainability) adlı unikal məqalənin hazırlanmasında Biomüxtəliflik və Ekososistem Xidmətləri üzrə Hökümətlərarası Elm-Siyasət Platformasının (IPBES) Qlobal Qiymətləndirmə Ekspert qrupunun 16 gənc mütəxəssisi iştirak edib.
Məqalədə gənc mütəxəssislərin nəsillər arasında körpü olmaqla kompleks problemlərin həlli üçün yeni yolların hazırlanmasında əsas rolundan bəhs edilir. Müəlliflər karyera potensialının artırılmasını nəzərdə tutan beynəlxalq, sahələrarası və davamlı inkişaf üzrə 16 proqramı təhlil ediblər. Bu proqramlar çərçivəsində gənc mütəxəssislərin ixtisasartırma treyninqlərinin gələcəkdə davamlı inkişaf liderlərinin təlimi,  nəsillərarası öyrənməyi və fikir mübadiləsini təşviq edən güclü institusional əməkdaşlıq üçün vacibliyi statistik faktlarla sübut olunub.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.