Fotos
AMEA-nın Gənc Alim və Mütəxəssislərinin V İnstitutlararası Futbol Çempionatına yekun vurulub
May 14 , 2018 | 04:04 / İdman yarışları
Oxunma ( 204 )

Bu gün AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin V İnstitutlararası Futbol Çempionatının final oyunu və mükafatlandırma mərasimi keçirilib.

Final qarşılaşmasında Fizika İnstitutu AMEA Rəyasət Heyətinin komandasını 1-0 məğlub edərək çempionatın qalibi olub.

III yer uğrunda keçirilən görüşdə isə İqtisadiyyat İnstitutu AMEA Yüksək Texnologiyalar Parkını 8-4 udub.

Akademiya Şəhərciyində baş tutan yarışdan sonra turnirin mükafatlandırma mərasimi olub. Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov iştirak ediblər.

Tədbirdə şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək çempionat barədə məlumat verib. F.Salmanov çempionatın 23 aprel tarixindən etibarən 17 komandanın iştirakı ilə keçirildiyini və oyunların AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə olunduğunu bildirib.

Sonra çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə çempionatın artıq ənənəvi hal aldığını və beşinci ildir keçirildiyini bildirib. Akademik builki turnirin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edildiyini deyib. Bildirib ki, ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmiz inkişafa qədəm qoyub, siyasi, iqtisadi, elmi, mədəni sahələrdə bir çox uğurlar əldə edilib. Akademik hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını və Bakının bir çox beynəlxalq idman oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb.

A.Əlizadə, həmçinin AMEA-da növbəti illərdə futboldan əlavə, voleybol, basketbol və digər idman növlərinə həsr olunan çempionatların keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Daha sonra qaliblər mükafatlandırılıblar. Qalib komandaların üzvlərinə medal, diplom və pul mükafatları təqdim olunub.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.