Fotos
AMEA Genetik Ehtiyatlar İnstitutunun magistrantı Türkiyədə 1 aylıq ezamiyyətdə olub
May 14 , 2018 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2015 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun magistrantı Gültəkin Əhmədova Türkiyədə 1 aylıq ezamiyyətdə olmuşdur. O, İzmir şəhərində keçirilən “Mərkəzi Asiya və Yaxın Şərqdə buğdada pas xəstəlikləri, irq analizi və idarə olunması” adlı treyninqdə iştirak etmişdir.  Kurs Beynəlxalq təşkilatların (FAO və İCARDA-nın) təşkilatçılığı və dəstəyi ilə Ege Kənd Təsərrüfatı Tədqiqat İnstitutunda (Ege Tarımsal Araştırma Enstitüsü (ETAE)) həyata keçirilmişdir.Treyninqdə eyni zamanda Özbəkistan, Qırğızıstan, Marokko, Türkiyə və Omandan olan nümayəndələr də iştirak etmişdir.  Magistrant G.Əhmədova Genetik Ehtiyatlar İnstitutunda buğda bitkisinin biotik stress amillərə davamlılığı istiqamətində aparılan tədqiqatlar haqqında çıxış etmişdir. Kurs zamanı Dr. Kumarse Nazari tərəfindən sarı pas, qonur pas və qara pas xəstəlikləri, onların simptomları, simptomların tipləri  haqqında mühazirələr keçirilmişdir. Müzakirə xarakterli mühazirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.  Daha sonra xəstəliklər və onların simptomlarının tipləri tarla şəraitində əyani şəkildə müşahidə edilmiş və qruplarla sözügedən xəstəliklərin təyini üzərində iş aparılmışdır. Kursun davam etdiyi müddətdə Regional Taxıl bitkiləri üzrə Pas Xəstəlikləri Tədqiqat Mərkəzinin molekulyar-genetik laboratoriyasında pas xəstəliyinə davamlı genlərin təyini praktik olaraq həyata keçirilmiş, eyni zamanda laboratoriya şəraitində pas xəstəliklərinin öyrənilməsi üçün süni yoluxma üsulları izah edilmişdir.  Kursu müvəfəqiyyətlə tamamladığına görə magistrant Gültəkin Əhmədova sertifikata layiq görülmüşdür.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.