Fotos
AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı Mərakeş Krallığında təcrübə keçib
May 14 , 2018 | 02:00 / Mühim hadisələr
Oxunma ( 431 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun Molekulyar Sitogenetika şöbəsinin doktorantı Gülər Qədiməliyeva Mərakeş Krallığında 5 günlük ezamiyyətdə olmuşdur.

O, bu müddətdə “Borlauq Ümumdünya Pas ilə Mübarizə (Borlaug Global Rust İnitiative) 2018” adlı konfransda iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd buğdanın Ug99 və digər pas xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması, bu sahədə fəaliyyət göstərən qabaqcıl alimlərin və digər maraqlı tərəflərin fəaliyyətlərinə dəstək verməkdən ibarət olmuşdur. Dünyanın 51 ölkəsindən 333 alim və mütəxəssisin iştirak etdiyi konfransda G.Qədiməliyeva məruzə ilə çıxış etmişdir.

Həmçinin gənc tədqiqatçı ezamiyyət müddətində 2 günlük CİMMYT və Avstraliyanın Queensland Universitetinin təcrübəli mütəxəssisləri tərəfindən təşkil edilmiş “Buğda Seleksiyası Texnologiyaları” adlı təlimdə  iştirak etmiş və sertifikata layiq görülmüşdür.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.