Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası "Cümhuriyyətin yaranmasının 100 illiyi"nə həsr olunan iclas keçirdi
May 21 , 2018 | 05:33 / Mühüm hadisələr
Oxunma ( 4099 )

21 may 2018 ci il tarixində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ümumi iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri, dosent Famin Salmanov açaraq gündəlikdə duran məsələləri Şura sədrlərinin diqqətinə çatdırdı.

Şura sədri Famin Salmanov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamına diqqət çəkərək bildirdi ki,  2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

 AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmı işçisi,tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Azərbaycan Xalq Cümhuriyyəti -  Müstəqil Azərbaycan Respublikasının siyasi və hüquqi varisi kimi” AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Eşqanə Babayeva “Azərbaycan Xalq Cümhuriyyətində ədəbiyyat və maarifçilik məsələləri” mövzusunda çıxış edərək Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə fikirlərini bildirdi və 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd olduğunu vurğuladılar.

Daha sonra  gündəlikdə ola  digər məsələlərlə bağlı,  “Müasir Azərbaycandan tarixi Şirvanşahlar  dövlətinə səyahət”  mövzusunda gənc alimlərin və tədqiqatçıların beynəlxalq elmi forumuna hazırlıq məsələləri, Şurasının İdarə Heyətinin struktur dəyişikliyi haqqında, AMEA elmi müəssisələrinin Gənc Alim və Mütəxəssislər Şuralarının 2018-ci il yarımilllik hesabatı,«Gənc Tədqiqatçı» jurnalının növbəti nömrəsinin çapı ilə müzakirələr aparıldı.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.