Fotos
AMEA Neft və Qaz İnstitutunun gənc tədqiqatçıları “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qara qızılın rolu” mövzusunda dəyirmi masa keçiriblər
May 22 , 2018 | 03:45 / Mühüm hadisələr
Oxunma ( 2205 )

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan bu tədbir “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qara qızılın rolu” adlı mövzusunda təşkil edilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Hüseyn Hüseynov Cümhuriyyət dövrü tarixinin hər bir Azərbaycanlı tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb və belə bir görüşün Bakı Neft-Energetika Kollecində keçirildiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutuna və Bilik Fonduna minnətdarlığını bildirib.

Fondun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, qonaqları təqdim etdikdən sonra iştirakçıları açıq müzakirələrə qatılmağa dəvət edib.

“Dəyirmi masa”da AMEA Neft və Qaz İnstitutunun Gənc alim və Mütəxəssislər Şürasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova “Cümhuriyyət dövründə neftin dünəni, bu günü və sabahı ”, sədr müavini Yeganə Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft sənayesinin inkişafı”, gənc mütəxəssislər – Naidə İskəndərqızi “İlk neft çıxarılma üsulu”, Zəhra Xanbutayeva “Cəmiyyətin inkişafında neftin rolu”, Aysel Məmmədova “Neft texnologiyasının inkişaf mərhələləri”, Elnarə Ağayeva “İkinci dünya müharibəsində Azərbaycanın neft amili” mövzularında çıxış ediblər.

         Məruzə müəllifləri Cümhuriyyət dövründə neft amilinin hökumətin fəaliyyətində ciddi problemlərə səbəb olduğunu vurğulayaraq, xarici dövlətlərin “qara qızıl” a olan hərislikləri nəticəsində müstəqilliyin təhlükə altına düşdüyünü bildiriblər. Çıxışçılar sonrakı dövrdə Azərbaycanın bu yeraltı sərvətindən düzgün istifadə olunduğunu deyərək, xüsusən müstəqilliyin bərpasından sonra Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan neft strategiyasının xalqımız və dövlətimiz üçün faydasını qeyd ediblər.

         “Dəyirmi masa”da tələbələr onları maraqlandıran suallara ətraflı cavablar alıblar.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.