AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzində startaplarla görüş keçirilib
May 24 , 2018 | 01:00 / Mühim hadisələr
Oxunma ( 109 )

24 may 2018-ci il tarixdə AMEA vitse-prezidenti akademik İbrahim Quluyev AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzində startaplarla görüş keçirib. Tədbirdə AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzinin startapları və AMEA YT Parkın nümayəndə heyəti iştirak edib. Tədbirdə giriş sözü açan AMEA YT Parkın direktoru Vüqar Babayev AMEA YT Park Biznes İnkubasiya Mərkəzinin yaradılması və inkişaf etdirilməsi, inovasiyayönümlü startap layihələrinin dəstəklənməsi və ümumilikdə innovativ sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülmüş işlər, o cümlədən keçirilən treninq və seminarlar, müsabiqələr barədə məlumat verib. Tədbirdə çıxış edən AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzinin müdiri Vüsal Süleymanlı biznes inkubatorların inkişafında, startapların dəstəklənməsində rolunundan danışıb. Biznes İnkubasiya Mərkəzlərinin genişləndirilməsi və iri sahibkarlıq subyektləri tərəfindən innovativ yönümlü startaplara dəstək verilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Biznes İnkubasiya Mərkəzinin Startapların nümayəndələri çıxış edərək öz fəaliyyətləri, həyata keçirilən innovativ layihələr və yeni biznes imkanları barədə danışıb.Tədbirdə bir sıra startaplar, o cümlədən “RainEnergy”, "ANİMEDU”, "Hello Baku”,"11 Delivery", "My Engineer Mentor" və digər layihələr haqqında təqdimatlar edilib. Sonda AMEA vitse-prezidenti akademik İbrahim Quluyev startap komandalara öz tövsiyyələrini verdi. Onlara işlərində uğurlar arzuladı.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.