May 29 , 2018 | 01:00 / Mühüm hadisələr
29 may 2018-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Akademik Vaqif Fərzəliyevin sədrliyi ilə baş tutan tədbirdə akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun akt zalında Akademiyanın kimya institutlarında təhsil alan II kurs magistrantların diplom işlərinin müdafiəsi keçirildi. Akademik Vaqif Fərzəliyevin sədrliyi ilə baş tutan tədbirdə akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 4, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 2 və akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun 1 magistri öz məruzələrini təqdim etdilər və Dissertasiya Şurasının üzvlərinin müxtəlif suallarını cavablandırdılar.
Sonda 7 magistrin müdafiə işi yekdilliklə təsdiq olundu. Müdafiə uğurla başa çatdı.
Diplom müdafiəsində magistrlərlə yanaşı AMEA Elm və Təhsil İdarəsi Magistratura şöbəsinin rəisi, a.ü.f.d. Fikrət Feyziyev, İnstitut Təhsil şöbələrinin rəisləri və magistrlərin elmi rəhbərləri iştirak ediblər.