Fotos
Geoloq magistrlərin elmi-tədqiqat işlərinin nəticələri müzakirə olunub
May 30 , 2018 | 04:02 / Mühüm hadisələr
Oxunma ( 4925 )

Gənclərin elmi-tədqiqat işləri ilə bağlı klassifikasiyalarını artırmaq, onları istiqamətləndirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində rəhbərlik tərəfindən təsdiq olunmuş illik plana uyğun olaraq cari ilin ilk elmi seminarı bu gün baş tutub. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrliyi ilə keçirilən ənənəvi seminarda İnstitutda magistratura təhsili alan II kurs gənclərin yerinə yetirdikləri dissertasiya elmi işlərinin nəticələrinə dair elmi məruzələr dinlənilib. Seminarın sədri giriş nitqində qeyd edib ki, magistrlərin məruzələrinin gənclərdən ibarət belə geniş bir platformada müzakirə edilməsi, həm də bu ilin iyun ayının əvvəlində İnstitutda baş tutacaq magistr dissertasiyasının müdafiəsinə hazırlıq məqsədi daşıyır.

İnstitutun çoxsaylı gəncləri və magistrlərin rəhbərlərinin də iştirak etdiyi seminarda “Hövzə modelləşdirilməsi və geotexnologiyalar” şöbəsinin böyük laborantı Nabat Qocayevanın, “Neftli-qazlı hövzələrin litogenezisi” şöbəsinin böyük laborantı Fatma Süleymanovanın və “Geotermiya” şöbəsinin mühəndisi Cavid Omarovun məruzələri maraqla dinlənildikdən sonra, yaranan suallar cavablandırılıb, həmçinin gələcəyin alimlərinə yerinə-yetirilən tədqiqatlarla bağlı tövsiyələr verilib.

AMEA Geologiya və Geofizika İnstitutunun “Təhsil” şöbəsindən verilən məlumata görə II kurs magistrantların dissertasiyalarının müdafiəsi 11 iyun 2018-ci il tarixində (saat  10:00-da) İnstitutda keçiriləcəkdir. İxtisaslaşdırılmış Şuranın sədrliyi Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynova tapşırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.