Fotos
AMEA Mikrobiologiya İnstitutunda müsabiqə qalibləri olan gənclər mükafatlandırılıb
May 25 , 2018 | 02:00 / Elmi müsabiqələr
Oxunma ( 199 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun Elmi Şurasının 35 yaşına kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqənin yekunlarına həsr edilmiş iclası keçirilib.

İclası giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, b.e.d., prof. Pənah Muradov bildirib ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına müvafiq olaraq elan olunub. Müsabiqəni təşkil etməkdə məqsəd məlum Sərəncamdan irəli gələn bir çox layihələri icra etməklə yanaşı, gənclərə dövlətçiliyimizin tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maarifləndirmə işini gücləndirmək, elmi potensialı olan gəncləri müasir səviyyəli elmi təqdiqat işlərinə yönəlik həvəsləndirmək və onları  yeni tədqiqatlara cəlb etməkdir. İnstitutun rəhbərliyinin, Gənc Alim və Mütəxəsislər Şurasının və Həmkarlar Komitəsinin nümayəndələrindən təşkil olunmuş Ekspert Komissiyasının təklifinə əsasən doktorant Səfərova Aytən Şamil qızı birinci yer üçün nəzərdə tutulan diploma və xüsusi pul mükafatına, doktorant Abbasova Tünzalə Sabir qızı və kiçik elmi işçi Hüseynova Əfsanə Ənvər qızı isə ikinci yer üçün nəzərdə tutulan diploma və müvafiq pul mükafatına layiq görülmüşdür. Komissiyanın qərarına görə 3-cü yer üçün qalib olmamışdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.