Fotos
AMEA-nın Biologiya və Tibb elmləri bölməsinə aid olan bir qrup magistri dissertasiya işlərini uğurla müdafiə ediblər
İyn 02 , 2018 | 05:42 / Mühim hadisələr
Oxunma ( 252 )

Mayın 31-də AMEA Botanika İnstitutunda 2018-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistr dissertasiyalarının müdafiəsi keçirildi.

         İclasda Magistr Dissertasiya Müdafiə Şurasının sədr müavini Fiziologiya İnstitutunun direktoru, b.ü.e.d. Ulduz Həşimova, Şuranın üzvləri - b.ü.e.d. professor Ramiz Əliyev, b.ü.e.d. professor Naib Əminov, b.ü.e.d. Arif Mehdiyev, b.ü.f.d. dosent Afaq Rəşidova, b.ü.f.d., dosent Mehrac Abbasov, b.ü.f.d. Xanağa Babayev, b.ü.f.d. Səidə Şərifova, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini, t.ü.f.d. dosent Hüseyn Hüseynov iştirak etdilər.

         İclası giriş sözü ilə Şuranın sədri, AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadə açaraq, AMEA-da magistratura pilləsinin yaradılmasının əhəmiyyətindən bəhs etdi. V.Əli-zadə magistratura təhsilinin təşkilinin gənclərin elmi fəaliyyətə cəlb olunmasına, elm və təhsilin inteqrasiyasına böyük təkan verdiyini qeyd etdi. Akademik magistratura təhsili üzrəuğurlu fəaliyyətin gələcəkdə elmi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynayacağını bildirdi. Həmçinin, ilk magistrantların məzun olacağını vurğulayan V.Əli-zadə keçirilən müdafiəni tarixi hadisə kimi qiymətləndirdi.

          Şuranın katibi, Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Mehrac Abbasov bildirdi ki, İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının üzvləri AMEA Prezidentinin müvafiq sərəncamına əsasən “Botanika”, “İnsan genetikası”, “Biokimya” və “Genetika”  ixtisasları üzrə müəyyənləşdirilmişdir. 2017-2018-ci tədris ilində AMEA-nın Botanika, Akademik A. Qarayev adına Fiziologiya və Genetik Ehtiyatlar İnstitutularında magistratura pilləsini başa vurmuş 6 magistr öz dissertasiyasını Şuraya təqdim etmişdir.

         Botanika İnstitutundan Könül Bayramova və Mehri Bayramova “Botanika”, Fiziologiya İnstitutundan Lalə Cəbrayılova “Biokimya”, Mətanət Baxışova “İnsan genetikası” və Genetik Ehtiyatlar İnstitutundan Aygün Şəmşədzadə və Jalə  Nəsibova “Genetika” ixtisası üzrə dissertasiya işini uğurla müdafiə etdilər.

 Hər bir iddiaçı yüksək elmi müzakirə şəraitində şura üzvlərinin suallarını cavablandırdı. Komissiyanın ümumi rəyi əsasındatəqdim olunan dissertasiyalar müsbət qiymətləndirildi və magistrantlara müvafiq ixtisaslar üzrə magistr dərəcəsinin verilməsinə dair qərar qəbul edildi.

       Müzakirələr zamanı komissiya üzvləri yaradılan yüksək elmi mühitdən, iddiaçıların elmi biliklərinin nümayişindən və hazırlıq səviyyəsindən məmnun qaldıqlarını bildirdilər.

         

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.