Fotos
AMEA Coğrafiya İnstitutunda məktəblilər üçün AXC-nin 100 illik yubileyinə həsr olunmuş növbəti seminar-məşğələ keçirilib
İyn 02 , 2018 | 10:22 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2710 )

31 may 2018-ci il tarixində AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş növbəti seminar-məşğələ keçirilib. Yasamal rayonu M.N.Tusi adına 173 saylı orta məktəb şagirdləri üçün təşkil edilən tədbir artıq ənənə halını almış elmi-tədqiqat müəssisələrinin fəaliyyətini əks etdirən sərginin nümayişi ilə başlayıb. Sərginin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva məktəblilərə Akademiyanın elmi müəssisələrində aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən kitablar, jurnallar və s. haqqında ətraflı məlumat verib. Sonra şagirdlər İnstitunun “Xəritəçilik və Coğrafi İnformasiya” şöbəsində olublar, şöbənin əməkdaşı, CİS üzrə mütəxəssis Yaşar Nəsibov müasir texnologiyalar vasitəsilə rəqəmsal xəritələrin tərtib və çap edilməsi prosesini onlara izah edib. Konfrans zalında davam edən seminar-məşğələ Şuranın sədri, böyük elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərovanın Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onun qazandığı nailiyyətlər haqqında məlumatı ilə başlayıb. O, qeyd edib ki, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Sərəncam imzalamışdır. Bu Sərəncama əsasən 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. İnstitutun elmi işçisi, 173 saylı orta məktəbin coğrafiya müəlliməsi Gülsarə İmanova həmin məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın gördüyü işlər haqqında hesabatla çıxış edib. Aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani “Coğrafiyanın müasir problemləri” mövzusundakı məruzəsində Xalq Cümhuriyyəti illərində təhsil sisteminin inkişafı və coğrafiya elminin aktual problemlərini səsləndirib. Qeyd edib ki, AXC-nin yaranmasından 100 il keçsə də, xalqımız bu önəmli hadisəni, zəngin dövlət quruculuğu təcrübəsini, azadlıq və dövlətçilik hisslərini hər zaman qəlbində yaşadacaq. “Kiçik Akademiyanın” üzvləri Ulu Öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti haqqında şeirlər və məruzələrlə çıxış ediblər, “Kiçik Akademiya” üçün hazırladıqları himni səsləndiriblər. Məktəbin tarix müəllimi Vəli Hüseynli çıxışında AXC-nin yaranması və fəaliyyəti haqqında danışıb və bu cür tədbirlərin şagirdlərin dünyagörüşünün və elmə olan marağının artmasına səbəb olduğunu diqqətə çatdırıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.