Fotos
“Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri” adlı monoqrafiya çap olunub
May 31 , 2018 | 03:00 / Elmi nəşrlər
Oxunma ( 219 )

Bu günlərdə AMEA Gəncə Bölməsində yeni monoqrafiya çap olunub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bu kitab “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri” adlanır. 350 səhifədən ibarət olan monoqrafiyanın müəllifləri AMEA Gəncə Bölməsinin baş mütəxəssisi, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov, Bölmənin mütəxəssisləri – Mətanət Əliyeva və Ayaz Hüseynovdur. Bu elmi əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə şəhəri və Gəncəbasar bölgəsindən olan görkəmli hökumət nazirləri, Parlament üzvləri olmuş xadimlərinin həyat və fəaliyyətlərinə dair elmi faktlar öz əksini tapıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.