Məktəblilər Yüksək Texnologiyalar Parkında
İyn 11 , 2018 | 06:15 / Mühim hadisələr
Oxunma ( 142 )

Xəzər Universitetinin “DÜNYA” məktəbinin şagirdləri AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.

AMEA YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevlə görüşdə qonaqlara ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər və elm, təhsil, biznes əməkdaşlığı haqqında məlumat verilib.

Sonra YT Parkın rezidenti olan "Agro BioEchoTech" MMC-nin direktoru Əlibala Əlizadə çıxış edərək şagirdlərə tövsiyələr verib.

Daha sonra YT Parkın hüquqşünası Fikrət Qayıbov təmsil etdiyi qurumun yaranması haqqında məlumat verib, rezidentliyə qəbul məsələləri, ideyaların texnologiyaya transferi və biznes inkubasiya mərkəzlərində keçdiyi inkişaf mexanizmi barədə danışıb.

Sonda şagirdlər YT Parkın rezidentləri "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələri, eləcə də pilotsuz uçan aparatlar və radio ekoloji monitorinq sistemi ilə tanış olublar.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.